Niyə məhz Almaniya?

DÜNYA
14:00 21.01.2013
1654
Biz komparativ təhlilin aparılmasını, bir çox Avropa ölkələrində liberal dəyərlərin və multikulturalizm ideyalarının sistemli böhranının üzə çıxarılmasını məqsədyönlü şəkildə məhz Almaniyadakı situasiyanın analizindən başladıq. Niyə məhz Almaniya? Bu seçim bir tərəfdən, Almaniyanın ənənəvi demokratik imici, yüksək və əhəmiyyətli siyasi-iqtisadi statusu, həmçinin bu ölkənin həm dünyada, həm də ümumavropa miqyasında gedən proseslərdəki dominant rolundan, ikinci tərəfdən isə multikulturalizm ideyalarının, tolerantlıq prinsiplərinin və liberal dəyərlərin məlum böhranının son illərdə Almaniyanın ictimai-siyasi həyatında formalaşan təzadlı təmayüllərindən irəli gəlir.
Almaniyanın bizim monitorinq üçün çıxış nöqtəsi kimi seçilməsinin həm konseptual-metodoloji, həm də konkret faktoqrafik əsasları var.
1. Biz monitorinq üçün ayrılmış ölkələrin siyahısı çərçivəsində ardıcıllıqla düzülmüş aşağıdakı prinsiplərə əməl etməyi konseptual və metodoloji baxımdan daha məntiqi və effektiv hesab edirik:
- Monitorinqə daha yüksək demokratik reytinqə (əksər beynəlxalq təşkilatların sonuncu demokratiya indeksi cədvəlinə əsasən) malik ölkələrdən başlamaq, sonra isə tədricən nisbətən aşağı göstəricilərə malik ölkələrə keçmək.
 - Monitorinqə daha qüdrətli və nəhəng (ərazisinə, əhalisinə, siyasi və sosial-iqtisadi çəkisinə, təsir gücünə və s. görə) dövlətlərdən başlamaq, sonra isə nisbətən az əhəmiyyətli ölkələrə keçmək.
Liberal Avropa dəyərlərinin böhranının monitorinqini həyata keçirməkdən ötrü Almaniyanın çıxış nöqtəsi kimi seçilməsini biz məhz bu metodoloji təlimatlara görə əsaslandırılmış addım hesab etdik. Almaniya bu layihənin reallaşmasının gedişində testdən keçirməyi nəzərdə tutduğumuz digər Avropa dövlətlərini hər iki meyarın (demokratiya indeksi və öz əhəmiyyəti) məcmu effektinə görə xeyli üstələyir.
2. Bununla belə Almaniyanın çıxış nöqtəsi kimi seçilməsinin həm də konkret faktoqrafik əsasları var. Həmin əsaslar bu ölkənin ictimai-siyasi həyatının narahatlıq doğuran və demokratik resessiyanın simptomları barədə həyəcan təbili çalan bəzi meylləri ilə şərtlənir.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının, elə Almaniyanın özünün və digər ölkələrin ekspert və media dairələrinin də xüsusi diqqət yetirdiyi son illərə aid faktları ümumiləşdirib sistemləşdirərək bizim monitorinq zamanı maraq doğurmuş aşağıdakı problemli sahələri seçib ayırmaq olar:
- Multikulturalizmin böhranı və milli-dini tolerantlığın səviyyəsinin aşağı düşməsi, immiqrasiya siyasətindəki geriləmələr;
- Almaniyanın penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər, qanunvericilik praktikasındakı qüsurlar;
- İnsan haqlarının, söz və yığıncaq azadlığının pozulması, etiraz aksiyalarının dağıdılması zamanı heç bir əsas olmadın güc tətbiqi.Məlumat "İnsan haqqları Uğrunda" İctimai Birliyin Beynəlxalq layihəsi "The decline of Europe"nin rəsmi saytından götürülüb. 

OXŞAR XƏBƏRLƏR