"Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?" - DİM-dən CAVAB

SOSİAL
16:46 25.06.2023
1879
20 iyun tarixində Bakıda təsviri sənət üzrə qabiliyyət imtahanı keçirilib.
 
İmtahanda iştirak edən abituriyenlərdən birinin valideyni AZXEBER.COM-a müraciətindən bildirib ki, təsviri sənət üzrə qabiliyyət imtahanında oturacağın nömrəsinin qeyd olunmaması sıxlığın yaranmasına səbəb olur.
 
Valideyn bildirib ki, abituriyentlər imtahan zalında münasib yer tutmaq üçün səhər saatlarından imtahan keçirilən binanın önünə gəlir və bu abituriyentlərdə əlavə stress yaradır: "İmtahan baş tutan məktəbin önündə səhər saatlarından gəlmək lazımdır. Abituriyentlər valideynləri ilə səhər saat 5-dən binanın önünə gəlmişdilər və övladlarının adını ilk sıralara yazdırmışdılar. Sonra binaya keçid olanda da sıxlıq yaşandı, bu da abituriyentlərdə əlavə stess, əsəb və qorxu yaratmış olur. Yaxşı olar ki, binanın önündə ciddi nəzarət olsun və abituriyentlər rahat şəkildə imtahan zalına daxil olsunlar. Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?".
 
Valideyn 4 iyul tarixində baş tutacaq təkrar imtahanda bu kimi hallara ciddi nəzarət olunmasını xahiş edib. 
 


Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AZXEBER.COM-a açıqlama verib.

DİM rəsmisi bildirib ki, imtahan saat 10:00-da başlanır. Hər bir abituriyentin buraxılış vərəqəsində imtahan binasında olma saatı da göstərilir:

"Buraxılış rejimi adətən imtahana 1 saat 30 dəqiqə qalmış başlanılır və sıra ilə abituriyentlər binaya buraxılırlar. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək kifayətdir. Qabiliyyət imtahanlarında da bu qayda tətbiq olunur və hansısa sıxlıq müşahidə olunmayıb”.

Xanlar Xanlarzadə rəsm üzrə qabiliyyət imtahanlarında iştirakçıların otaqda dəqiq hansısa parta arxasında əyləşdirilməsinə məsələsinə aydınlıq gətirib:

"Ümumiyyətlə, bu imtahanlarda onların xarakterinə uyğun olaraq otaqda sıra və ya stol olmur. Bir otaqda 8-10 abituriyent önlərində molbert stulda əyləşirlər. Abituriyent yerini özü seçir və burada hansısa məhdudiyyət yoxdur. Abituriyent oturduğu stulun yerini istəyinə uyğun dəyişə də bilər. Öndə və mərkəzdə isə hamının görə biləcəyi bir yerdə antik baş qoyulur. Abituriyent də oturduğu rakursdan gördüyünü çəkməlidir. Əgər abituriyentin naturadan rəsm çəkmək qabiliyyəti varsa, bir az qabaqda və ya geridə, bir az sağda və ya solda oturmağının əhəmiyyəti yoxdur”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb