"Niyə yediyin kababın şəklini paylaşırsan?" - Nadir əsəbiləşdi

"Niyə yediyin kababın şəklini paylaşırsan?" - Nadir əsəbiləşdi
MAQAZİN
13:40 12.06.2017
1041
Müğənni Nadir Qafarzadə açıqlama verib.
 
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, sənətçi "10-dan sonra" verilişində həmkarlarını yalan danışmaqda günahlandırıb: "Bir toya gedir, oradan müxtəlif görüntülər çəkirlər. Həmin fraqmenti müxtəlif rakurslardan bir həftə səhifəyə qoyurlar. Guya başqa-başqa şadlıq evlərindədirlər. Çıxıb dəhlizdə şəkil çəkdirirlər. Elə olur, bir toyda 3 dəfə paltarını dəyişir ki, İnstaqramda 3 gün paylaşsın. Kişilər pencəyini dəyişirlər, oldu başqa toy. Toy var indi? Məclisi olan heç vaxt özünü reklam etmir".
 
Nadir sosial şəbəkədə yemək fotosu paylaşanları da qınayıb: "Manqal qalamısan, kabab yeyirsən, ye də. Kabab yoxdur heç yerdə? Bunu camaata niyə göstərirsən? 5 aydan bir əlinə ət düşüb, onu çəkib göstərir. Camaat gündə qızıl, brilyant yeyir, onu göstərmir. Elə insanlar var ki, ona pul birdən gəlir və çaşır, sağını-solunu görmür. Elə bil ki, dünyada bircə budur".
OXŞAR XƏBƏRLƏR