Nizami Ələkbərov İsmayıllı camaatı ilə görüşdü

Nizami Ələkbərov İsmayıllı camaatı ilə görüşdü
13:02 30.01.2013
1650

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov baş verən məlum olaylardan sonra ilk dəfə camaat arasına çıxaraq, sakinlərlə görüşüb.

AZXEBER.COM-un Modern.az-a istinadən verdiyi məlumatına görə, İsmayıllıda bir qrup narazı kütlənin israrla istefasını tələb etdiyi icra başçısı rayonun bazar ərazisində insanlara görüşərək, onlarla ayaqüstü söhbət edib. Nizami Ələkbərov İsmayıllı sakinlərilə söhbətində narahatçılığa əsas olmadığını, hər şeyin tezliklə əvvəlkindən də yaxşı olacağını söyləyib.

Sakinlərin sözlərinə görə, icra başçısı vəzifəsinə təyin olunan gündən indiyədək ilk dəfə adi insanlarla görüşən N.Əlkəbərovu bu adddımı atmağa son günlər keçirilmiş məlum etiraz askiyasından sonra yaranmış vəziyyət məcbur edib. N.Ələkbərov 6 sentyabr 2006-cı il tarixindən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

OXŞAR XƏBƏRLƏR