Nizami Gəncəvi Meksikaya gedir

MARAQLI
12:26 28.10.2011
1632

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi çərçivəsində Meksikanın Akapulko şəhərində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib.Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb. Məlumata görə, mərasimdə səfirİlqar Muxtarov, Meksikanın Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu ştat) turizmin inkişafı naziriXuan Salqado, Akapulko şəhər hökumətinin sosial inkişaf naziriOskar Ranxel Miravete, Meksikada tanınmış yazıçıManu Donvier, səfirliyin əməkdaşları və Akapulko şəhərinin sakinləri iştirak ediblər. Natiqlər Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək simvollarının birinə çevriləcəyindən əminliklərini bildiriblər. Daha sonra səfir İlqar Muxtarov Qerrero ştatı və Akapulko şəhərinin qeyd edilən rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasiminə qatılıblar.

OXŞAR XƏBƏRLƏR