Çin Xalq respublikasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılşı olub.AZXEBER.COM-un məlumatına görə, dahi şairin büstü paytaxt Pekinin ən böyük parkı “Chaoyang Park”dakı İncəsənət muzeyinin həyətində qoyulub. Açılışda Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, Türkiyənin bu ölkədəki səfiri Murad Esenli və xeyli sayda yerli və əcnəbi qonaq iştirak edib. Abidənin açılşını səfir Qəndilov ilə büstü hazırlayan heykəltəraş və muzeyin direktoru professor Xuan Xikun həyata keçirib.