Nizami Kino Mərkəzində 9 min manatlıq üzük oğurlanıb

Nizami Kino Mərkəzində 9 min manatlıq üzük oğurlanıb
SOSİAL
13:48 03.02.2017
864

Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb.

Bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.

Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq kranın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.


///Report
OXŞAR XƏBƏRLƏR