"Nizami" kinoteatrında dava düşdü: Nəzarətçi sevgililərə gün verib, işıq vermədi

"Nizami" kinoteatrında dava düşdü: Nəzarətçi sevgililərə gün verib, işıq vermədi
SOSİAL
14:21 05.12.2016
5631
"Nizami" kinoteatrında dava düşüb.
 
Bu haqda AZXEBER.COM-a kinoteatrda film izləyən şəxslərdən biri məlumat verib.
 
Belə ki, məşhur türkiyəli müğənni Özcan Dənizin "İkinci şans" filmini izləyən cütlüyə kinoteatr işçisi tez-tez xəbərdarlıq edib. Buna səbəb isə, xanımın filmin bəzi anlarını lentə alması olub. Nəzarətçi cütlüyə 3-4 dəfə yaxınlaşıb və xəbərdarlıq edib. Xanım isə çəkiliş etmədiyini, telefonuna baxdığını deyib. Bu sözləri eşidən oğlan nəzarətçini təhqir edib və cütlük filmi yarımçıq tərk ediblər. Nəzarətçinin film izləyən şəxsləri narahat etməsi digər vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb və onlar buna etirazlarını bildiriblər. 
 
Qeyd edək ki, bu "Nizami" kinoteatrında baş verən ilk belə hal deyil, bundan öncə də belə hal baş vermişdi.
OXŞAR XƏBƏRLƏR