Nizami rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Nizami rayonunda evdən oğurluq edən şəxs saxlanılıb
SOSİAL
11:21 28.02.2026
151
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.

Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 
APA
OXŞAR XƏBƏRLƏR