20 Sentyabr iş günü olacaq? - Rəsmi

20 Sentyabr iş günü olacaq? - Rəsmi
SOSİAL
12:17 19.09.2024
2751
20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü hesab olunur.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
OXŞAR XƏBƏRLƏR