“NLT Telekom”dan "İphone" alan müştərini görün necə aldatdılar - ŞİKAYƏT

“NLT Telekom”dan "İphone" alan müştərini görün necə aldatdılar - ŞİKAYƏT
SOSİAL
16:27 12.10.2017
8346
Tanınmış telejurnalist Pərviz Musayev "NLT Telekom” tərəfindən aldadıldığını bildirib.
 
AZXEBER.COM-un verdiyi xəbərə görə, Pərviz Musayevin aldığı "iPhone” markalı telefonun bundan öncə kreditlə başqasına satıldığı məlum olub. Bu barədə P.Musayev feysbuk hesabında məlumat paylaşıb.
 
O qeyd edib ki, bu ilin yanvar ayında "NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından 1299 AZN-ə 64 GB tutuma malik "iPhone 6S” smartfonu alıb: "Oktyabrın 10-da telefonun şəbəkəsində yaranan problemlərlə görə Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar bunun səbəbinin sırf telefondan qaynaqlandığını bildirdilər. Telefonu aldığım "NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: "Sizin telefon kredit borcuna görə bloklanıb”. Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin "kampaniya” telefonu olub. Yəni hər hansı bir fiziki şəxs "Azercell”dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və "zəncirvari” proseslə bu telefon "NLT Telekom”a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu bloklayıb. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə blokdan çıxarıla bilər. "NLT Telekom”dan telefonu aldığımda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb. "NTL Telekom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim.
 
O isə məni smartfonun "Azercell”in kampaniya telefonu olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz "Azercell” tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun "plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım. Təbii ki, onun bu təkliflərindən imtina edərək Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu