Onlar hüceyrənin öz daşınma sistemində necə formalaşdığını, hüceyrə daxilində daşınmanın öz yerində və vaxtında necə baş verdiyini araşdırdıqlarına görə, Nobel mükafatına layiq görülüblər.Bunu İsveç Kral İnstitutunun Nobel Assambleyasının katibi Qoran Hansson 8 milyon kron, yəni 1 milyon avro məbləğində pul mükafatını təqdim edərkən bildirib.Tibb hər il Nobel mükafatının təqdim edildiyi ilk kateqoriyadır. Dəqiq elmlər, ədəbiyyat və sülh kateqoriyalarında Nobel mükafatları 1901-ci ildən İsveç ixtiraçısı və dilçisi Alfred Nobelin vəsiyyətinə əsasən təqdim edilir.Bu il 112-ci Nobel mükafatının təqdimetmə mərasimi, ənənəyə uyğun olaraq, dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə İsveçin paytaxtı Stokholm və Norveçin paytaxtı Osloda keçiriləcək.