Nohur gölündə batan kişinin meyiti tapıldı

Nohur gölündə batan kişinin meyiti tapıldı
SOSİAL
10:41 24.01.2025
205
Ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə 40 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a bildirilib ki, həmin şəxs Qəribov İlham İslam oğludur və onun meyiti bu gün tapılıb.

Meyit Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR