İstanbul Yeni Yüzil Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi Biznesin İdarə Edilməsi bölməsinin 1-ci kurs tələbəsi İqbal Əliyev Qəfəs Döyüşçüləri Çempionatının qalibi olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, o, 61 kiloqram çəki dərəcəsində peşəkar liqada 20 ölkənin qatıldığı Dünya Qəfəs Döyüşçüləri Çempionatında rəqiblərini nokaut edərək qızıl medal və kəməri vətənə gətirib.
8 yaşından döyüş idmanı ilə maraqlandığını deyən İqbal Əliyev deyib:
"Haqsızlıqları gördükcə buna qarşı reaksiya olaraq idman sahəsində özümü təkmilləşdirdim. Bir dəfə Avropa, iki dəfə Dünya Çempionu oldum. Türkiyədə yaşamaq və bu ölkənin bayrağını dalğalandırmaq mənim üçün şərəf və qürurdur. Rinqdə Türkiyə bayrağını qaldırmağım öz ölkəmin, Azərbaycanın bayrağını qaldırmaqdan fərqli deyil”.
18 yaşlı Əliyev qarşıdakı dövrdə idman karyerasını 30 yaşına kimi davam etdirməyi planlaşdırdığını bildirib:
"Döyüş idmanına maraq göstərən, həvəslə yanaşanlar çoxdur. Ancaq idman kənardan göründüyü qədər asan deyil. Bu sahədə özünüzü təkmilləşdirməli və hər gün təxminən 6 saat işləməlisiniz. Mən karyeramı 30 yaşına qədər davam etdirmək istəyirəm. Uğur başqa yolla əldə edilə bilməz”.
İstanbul Yeni Yüzil Universitetinin Qəyyumlar Şurasının sədri Əzmi Ofluoğlu və rektor Yaşar Hacısalihoğlu Qəfəs Döyüşü üzrə Dünya Çempionu İqbal Əliyevi təbrik edib, ona uğurlar arzulayıb.
O, idman karyerasını davam etdirəcəyini və təqaüdə çıxanda idman geyimi sahəsində brend olmağı planlaşdırdığını bildirib.
Ayşən