Norveç 2023-cü ilin sonuna qədər Malinin paytaxtı Bamakodakı səfirliyini bağlayacaq.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Səfirliyin bağlanması ilə bağlı qərar təhlükəsizlik məqsədilə qəbul edilib. Bəyanatda 2020 və 2021-ci illərdə baş vermiş iki hərbi çevrilişdən sonra Malidə siyasi vəziyyətin qeyri-sabitləşdiyi vurğulanıb.