Norveç millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

Norveç millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib
İDMAN
19:47 16.07.2025
301
Norveç millisinin sabiq futbolçusu Coşua Kinqin yeni klubu müəyyənləşib.
 
 33 yaşlı vinger Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Xalic”lə anlaşıb.

Tərəflər 2 ilik müqaviləyə imza atıb.

Karyerası ərzində İngiltərənin "Mançester Yunayted”, "Blekbörn”, "Uotford”, "Everton”, Türkiyənin "Fənərbaxça” klublarında çıxış etmiş futbolçu ötən mövsümü Fransanın "Tuluza” komandasında keçirib.

Qeyd edək ki, C.Kinq Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub. "Transfermarkt” portalı futbolçunun dəyərini 1,8 milyon avro qiymətləndirir.
 
///report
OXŞAR XƏBƏRLƏR