Norveç Qış Olimpiya Oyunlarında öz rekordunu yenilədi
DÜNYA
02:08 21.02.2026
687
Norveç yığması bir Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə öz rekordunu yeniləyib.
AZXEBER.COMOxu.Az-a istinadən xəbər verir ki, fevralın 20-də bioatlonçu Yohannes Dale 15 km məsafəyə kütləvi yarışda qalib gələrək yığmaya 2026-cı il Oyunlarında 17-ci qızıl medalı qazandırıb.
Beləliklə, Norveç bir Qış Olimpiadasında qazanılan qızıl mükafatların sayına görə özünə aid dünya rekordunu təzələyib. 2022-ci ildə Pekində norveçlilər 16 qızıl medal qazanmışdılar ki, bu da həmin vaxt tarix boyu ən yaxşı nəticə idi.