Norveç televiziyası Vüqar Həşimovu unutmadı

Norveç televiziyası Vüqar Həşimovu unutmadı
İDMAN
10:40 10.04.2014
1129
Norveçin TV 2 telekanalı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirindən birbaşa reportajları translyasiya edəcək.
Norveçin TV 2 telekanalı aprelin 19-da Şəmkirdə başlanacaq turnirdən birbaşa reportajları translyasiya edəcək.
TV 2 telekanalının nümayəndəsi Börn Tolen bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.
Tolen deyib: “Biz çox şadıq ki, bu mühüm turniri işıqlandıracağıq”.
Qeyd edək ki, turnirdə şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin də iştirak edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR