"Rusenborq"un norveçli futbolçusu Ole Saeter İsrailin "Makkabi Hayfa" klubunun transfer təklifini rədd edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Norveç dövlət televiziyası TV2-nin xəbərinə görə, İsrail Premyer Liqasında transfer dövrünün sona yaxınlaşdığı bir vaxtda "Makkabi Hayfa" klubu Saeterin transfer əvəzi üçün Norveçin Rosenborg komandasına 10 milyon kron təklif edib.
Furbolçu İsrailin fələstinlilərə hücumları səbəbilə transfer təklifini rədd edib və "Hesabıma qanlı pulun girməsini istəmirəm”, - deyib.
İsrail klubuna "500 milyon dollar təklif etsələr belə, bu məbləği qəbul etməyəcəm" deyən Saeter "Dəyərlər puldan daha önəmlidir. İşlə əlaqəli olduğu düşünülən bir ölkədən gələn təklifi qəbul etmərəm", - deyə qeyd edib.
Gülay