“Nottingem Forest” Mançini ilə danışıqlara başladı

“Nottingem Forest” Mançini ilə danışıqlara başladı
İDMAN
20:29 18.10.2025
162
İngiltərə Premyer Liqasında uğursuz nəticələr fonunda "Nottingem Forest” rəhbərliyi baş məşqçi postuna namizədlərlə danışıqlara start verib.

AZXEBER.COM "The Athletic”ə istinadən xəbər verir ki, klub 60 yaşlı italiyalı mütəxəssis Roberto Mançini ilə əlaqə saxlayıb.

Avstraliyalı Ance Postekoğlu "Çelsi”yə 0:3 hesabı ilə uduzduqdan sonra vəzifəsindən uzaqlaşdırılıb. O, "Forest”də cəmi 8 oyun keçirmiş və qələbə qazana bilməmişdi.

Mançini daha əvvəl "Mançester Siti” ilə Premyer Liqa və İngiltərə Kubokunu, İtaliya millisi ilə isə Avropa çempionatını qazanıb. Onun son iş yeri Səudiyyə Ərəbistanı millisi olub.

Qeyd edək ki, "Forest” hazırda 8 turdan sonra 18-ci pillədə qərarlaşıb və Avropa Liqasında da qalibiyyətsizdir.
OXŞAR XƏBƏRLƏR