Serbiyalı tennisçi Novak Cokoviç yeni uğura imza atıb.
Təcrübəli idmançı "Uimbldon" turnirində yarımfinala vəsiqə qazanmaqla buna nail olub.
O, 37 yaşdan sonra bunu bacaran üçüncü tennisçidir. Daha əvvəl 2019-cu ildə Rocer Federer (37 yaş), 1974-cü ildə Ken Rozuoll (39 yaş) bu raunda qədər irəliləyib.
Qeyd edək ki, avstriyalı Aleks de Minor zədələndiyi üçün Cokoviçlə qarşılaşmaya çıxmayıb və serbiyalı raketka ustası yarımfinala yüksəlib.
///report