Sağlam cəmiyyət naminə növbəti maarifləndirici təşəbbüs!
AZXEBER.COM xəbər verir ki, Novo Azərbaycanın mart ayından etibarən həyata keçirdiyi "Az Çəki, Çox Həyat” maarifləndirici kampaniyası çərçivəsində növbəti tədbiri yekunlaşıb. Referans Medical Group ilə tərəfdaşlıq çərçivəsində 5–15 oktyabr tarixlərində Gənclik Mall-da keçirilən aksiya artıq çəki və piylənmə barədə məlumatlılığın artırılmasına, insanların sağlamlıq göstəricilərini öyrənməsinə və ehtiyac olduqda mütəxəssis dəstəyinə müraciət etməsinə dəstək məqsədi daşıyıb.
Layihədə Referans Medical Group-un 10-a yaxın endokrinoloq həkim, həmçinin tibb bacıları fəal iştirak ediblər. Aksiya zamanı ziyarətçilərə artıq çəki və piylənmə, çəki idarəetməsi və sağlam həyat tərzi barədə məlumat verilib. İştirakçılar bədən kütlə indekslərini hesablamaq, bədən tərkibi analizi cihazı vasitəsilə bədən tərkiblərini ölçdürmək və ilkin həkim məsləhəti almaq imkanı əldə ediblər. Əlavə müayinəyə ehtiyacı olan şəxslər müvafiq mütəxəssislərə yönləndirilib.
Həkimlər iştirakçılara çəki idarəetməsinin yalnız estetik məsələ deyil, ümumi sağlamlığın və həyat keyfiyyətinin mühüm tərkib hissəsi olduğunu izah ediblər. Fərdi ehtiyaclara uyğun yanaşmanın, düzgün qidalanmanın, fiziki aktivliyin və zəruri hallarda həkim nəzarətində tibbi dəstəyin əhəmiyyəti vurğulanıb.
"Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində il ərzində həyata keçirilən təşəbbüslər elmi əsaslı məlumatı cəmiyyətə çatdırmağa, çəki ilə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasına və insanların sağlamlıqları barədə daha məlumatlı qərarlar verməsinə dəstək olmağa yönəlib. Gənclik Mall-da keçirilən aksiya da bu məqsədlə tibbi məlumat və ilkin məsləhət imkanlarını insanların gündəlik ziyarət etdiyi məkanda əlçatan edib.
Novo haqqında
Novo 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.
Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.
Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.
Artıq çəki və çəki idarəetməsi haqqında ətraflı məlumatı www.NovoCare.azsaytından əldə etmək mümkündür.














































