Novruz bayramı günlərində gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Novruz bayramı günlərində gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
16:43 18.03.2022
333
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, martın 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
OXŞAR XƏBƏRLƏR