Novruz bayramında Azərbaycanda 37 nəfər yol qəzasında ölüb

Novruz bayramında Azərbaycanda 37 nəfər yol qəzasında ölüb
10:17 27.03.2013
938

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 100-ə yaxın yol qəzası qeydə alınıb. Nəticədə 37 nəfər ölüb, 144 nəfər xəsarət alıb. 

Qeyd edək ki, ötən il Novruz bayramı günlərində respublikada baş verən 68 yol qəzasında 17 nəfər ölüb, 73 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR