Novruz bayramı Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biridir. Bu bayramda istifadə olunan atributlar və şirniyyatların hər birinin xüsusi mənası var
AZXEBER.COM bayram şirniyyatları və atributlarının mənalarını təqdim edir:
Səməni - həyatın, bolluğun və yenilənmənin rəmzidir. Baharın gəlişini göstərir.
Yumurta - həyatın yaranması və davamlılığı deməkdir. Boyanmış yumurtalar sevinc və rəngarəngliyi simvolizə edir.
Şam - işıq və aydınlıq rəmzidir. Şamların sayı ailə üzvlərinin sayına uyğun qoyulur.
Su - təmizlik və saflaşmanı bildirir. Novruzda su üstündən tullanmaq köhnə ilin çətinliklərindən qurtulmaq deməkdir.
Yaşıl otlar və güllər - təbiətin oyanmasını və baharın gəlişini göstərir.
Xonça - bayram süfrəsinin mərkəzidir, bolluq və birlik rəmzidir.
Bayramda ən çox rəğbət görən atributlardan ən asası iə təbii ki, Novruz şirniyyatlarıdır. Onların da xüsusi məna kəsb etdiyini bilirdinizmi?
Paxlava - qat-qat hazırlanır və ulduz formasında kəsilir. Bu, kainatı və həyatın çoxqatlılığını simvolizə edir. İçindəki qoz isə gücü və enerjini bildirir.
Şorqoğal - sasən günəşi simvolizə edir, içindəki ədviyyatlar həyatın müxtəlifliyini ifadə edir.
Kətə (şirin kətə)- bolluq və qonaqpərvərlik rəmzidir.
Badambura - aypara formasında olur, ayı və gecəni simvolizə edir.
Yalnız Novruz bayramında görməyə öyrışdiyimiz Kosa və Keçəl də bayramının ən maraqlı və əyləncəli folklor obrazlarındandır. Onlar əsasən bayram şənliklərində səhnəciklər göstərir, insanları güldürür və baharın gəlişini simvolizə edirlər.
Kosa qışı təmsil edir. O, adətən qoca, zarafatcıl və bir az da acgöz kimi təsvir olunur. Qışın sonunu və köhnə ilin bitməsini göstərir.
Keçəl isə baharı və yeniliyi simvolizə edir. O, daha cavan, şən və hazırcavab olur. Baharın gəlişini, təbiətin oyanmasını ifadə edir.
Aysel Hacızadə









































