Novruz Məmmədov ADU-dakı vəzifəsindən azad olundu

Novruz Məmmədov ADU-dakı vəzifəsindən azad olundu
SOSİAL
15:54 07.05.2024
192
Sabiq Baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı "Report"a açıqlamasında təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.
OXŞAR XƏBƏRLƏR