Novruz Məmmədov pakistanlı həmkarını təbrik etdi

Novruz Məmmədov pakistanlı həmkarını təbrik etdi
SİYASƏT
10:40 20.08.2018
3513
Azərbaycanın baş naziri Novruz Məmmədov İmran Xanı Pakistanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrik məktubunda Novruz Məmmədov yeni seçilən həmkarına gələcək fəaliyyətində və Pakistan xalqının rifahı üçün görəcəyi işlərdə uğurlar arzulayıb.
 
Baş nazir Azərbaycan və Pakistanın xalqları arasında sıx əlaqələrin olduğunu və bunun ikitərəfli strateji əlaqələr üçün möhkəm təməl rolu oynadığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR