Novruz Məmmədov Prezidentin ABŞ səfərindən danışdı - VİDEO

Novruz Məmmədov Prezidentin ABŞ səfərindən danışdı - VİDEO
SİYASƏT
23:04 27.03.2016
1694

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.

Şöbə müdiri,ANS-ə açıqlaması zamanı bildirib ki, əsas məsələ belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaqdır: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".

Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov yanvar ayının 6-da özünün Tvittersəhifəsində yazıb.

O bildirib ki, dəvət ötən il dekabr ayının 3-də göndərilib. Prezident Obama məktubunda belə yazıb:

"Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.

ABŞ-ın Bakıdakı səfirliyi də Azərbaycan prezidentinin Vaşinqtona gedəcəyini açıqlamışdı. Səfirlik Azərbaycanın dövlət başçısının Amerika prezidenti Barak Obamanın dəvətini müsbət cavablandırdığını bildirmişdi.

III Nüvə Təhlükəsizliyi Sammiti 2014-cü ildə Niderland Krallığının Haaqa şəhərində olub. Sammit mart ayının 24-də başlayıb. Prezident İlham Əliyev də bu sammitdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”