Novruz Məmmədov prezidentlərin görüşündən danışdı - VİDEO

Novruz Məmmədov prezidentlərin görüşündən danışdı - VİDEO
Siyasət
13:09 07.09.2014
1349

Azərbaycan prezidenti İlham Əliyevin NATO sammiti çərçivəsində Ermənistan prezidenti ilə keçirdiyi görüşün təfərrüatlarına Prezident Administirasiyası rəhbərinin müavini Novruz Məmmədov aydınlıq gətirib. ANS TV-nin məlumatına görə, Novruz Məmmədov üç tərəfli görüşün ABŞ-ın təkidilə baş tutduğunu bildirib: Prezidentlərin Soçi görüşündən sonra digər həmsədr dövlətlər də dünyada artan münaqişə ocaqları fonunda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs göstərir. Lakin rəsmi Bakı bu görüşlərə yalnız danışıq xatirinə getmək niyyətində deyil. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yalnız nəticəsi olan görüşlərə getmək niyyətindədir. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb ki, dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən 3 tərəfli görüşdə Birləşmiş Ştatlar indiyədək keçirilən danışıqlarda ilk dəfə olaraq məsələyə konkret yanaşma nümayiş etdirib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durum və problemdən çıxış yolu ilə əlaqədar əsaslandırılmış fikirləri Con Kerrinin diqqətini cəlb edib. Konkret nəticə olmasa da, mövqe belə ifadə edilib ki, danışıqlar davam etdirlisin. “Görüş heç planlaşdırılmamışdı. Con Kerrinin təkidİlə baş tutdu ki, mən sizinlə görüşmək istəyirəm. Yəni Ermənistan və Azərbaycanı nəzərdə tuturudu. Biz də istəyrik ki problem həll olunsun və dövlətlər öz inkişaf yolunu davam etsin. Bu isə ən əvvəl Ermənistanı maraqlandırmalıdır”- deyə N. Məmmədov bildirib. Danışıqların 20 ildir nəticəsiz qaldığını deyən Administrasiya rəsmisi düşünür ki, həmsədr ölkələrin rəhbərləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konstruktiv, ədalətli mövqe tutması üçün Ermənistana təzyiq göstərməlidirlər. Ermənistan qoşunlarını bölgədən çıxarmasa, işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsə, bölgədə sabitliyi qorumaq mümkün olmayacaq. Əks halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi qaçılmaz olacaq. “Həmsədr dövlətlərin münaqişənin həlli ilə bağlı Ermənistan tərəfinə təzyiqi olmasa, nəticə gözləmək çox çətindi. Hər 3 dövlət tərfindən müəyyən təşəbbüslər var. Əsas qarşıda duran vəzifə bundan ibərətdir ki, hər 3 həmsədr dövlətin rəhbəri Ermənistana ədalətli mövqe tutmaq üçün təzyiq göstərməlidir. Əks hala genişmiqyasıl hərbi əməliyyatlar qaçılmaz olacaq. Ermənistan rəhbərliyi məsuliyyətini dərk etməlidi, əgər onlar qeyri-konstruktiv mövqedə qalacaqlarsa, bu erməni xalqının faciəsi olacaq”, - deyə Novruz Məmmədov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
Elçin Laçında klip çəkdi,  birlik mesajı verdi - VİDEO
17:12 28.08.2025
Elçin Laçında klip çəkdi, birlik mesajı verdi - VİDEO
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi
17:09 28.08.2025
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi