Novruz Məmmədova Fransanın ən yüksək dövlət mükafatı verildi - FOTO

Novruz Məmmədova Fransanın ən yüksək dövlət mükafatı verildi - FOTO
SİYASƏT
15:31 29.07.2019
5536
Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, Baş nazirə ordeni Fransanın Bakıda səfərdə olan İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer hökumət adından təqdim edib.

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı olan N.Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəsinin N.Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.

Baş nazir isə öz növbəsində, bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və xalqına minnətdarlığını bildirib.

Xatırladaq ki, "Şərəf Legionu” ordeni 1802-ci il mayın 19-da Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu” ordeninin beş dərəcəsi var. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb