Novruzbayramıgünlərində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) futbol azarkeşlərini sevindirəcək.
AZXEBER.COM-un məlumatına görə, İçərişəhərdən Dənizkənarı Bulvara qədər olan ərazidə ənənəvi Novruz şənlikləri çərçivəsində keçirilən tədbirlər zamanı YTK əməkdaşları tərəfindən şənlik iştirakçılarına qarşıdan gələn çempionata ümumi hazırlıq, onlayn bilet satışı, könüllülük imkanları haqda məlumat veriləcək, bu məqsədlə təbliğat stendi, oyun meydançasıquraşdırılacaq. 19-21 mart tarixləri arasında hər kəs çempionatın rəsmi talismanı ilə şəkil çəkdirmək imkanı əldə edərək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçularının topla məharətlərininin şahidi olacaqlar. FIFA və YTK arzulayan hər kəsi bu möhtəşəm tədbirə, bu il 22 sentyabr-13 oktyabr tarixləri arasında, 16 komandanın iştirakı ilə gerçəkləşdiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının məlumat stendini ziyarət etməyə və bu həyəcanı paylaşmağa dəvət edir. FIFA U -17qadınlararası dünya çempionatıAzərbaycan 2012Visa-nı tərcih edir. Əvvəlki FIFA U-17qadınlararası dünya çempionatları, eləcə də bilet satışı, yarışların cədvəli, artıq müsabiqədə iştirak üçün haqq qazanmış komandalar haqda əlavə məlumat üçün FIFA.com-a müraciət edə bilərsiniz.
Ozal İbrahimli