Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
SOSİAL
09:36 27.03.2023
116
Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü aşmadır", - DYP rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR