Novruz hər kəsin bayramıdır. Həm varlı, həm kasıb, həm qayğısız, həm də nəvazişdən kənar, günü küçələrdə maşın təmizləməklə qazanca cəlb olunan uşaqlar da bu sırada istisna deyil.Neçə gündür, havaların küləkli keçməsi, deyəsən, bu balaca ailə başçılarının da işinə əməlli-başlı yarayıb. Onlarla danışıb bayramı necə keçirəcəklərini öyrənmək elə də asan olmayıb.Yevlaxdan olan iki əmioğlular iki gün paytaxtda sonra isə öz rayonlarına gedəcəklərini və öz qohumları ilə qeyd edəcəklərini bildiriblər. //anspress