Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşkun Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Səfirlikdən AZXEBER.COM-a göndərilən təbrik məktubunda deyilir:
“Novruz bayramı münasibəti ilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azerbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun Azərbaycanlı bacı və qardaşlarıma, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibəti ilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm”.