Novxanı, Fatmayi, Məhəmmədi, Zabrata qatar işləyəcək - tarix açıqlandı

Novxanı, Fatmayi, Məhəmmədi, Zabrata qatar işləyəcək - tarix açıqlandı
SOSİAL
16:41 13.11.2019
5934

"Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, "Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır."

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda bildirib.

Prezident İlham ƏLİYEV: İlin axırına tamamlanır, çox yaxşı.

Cavid QURBANOV: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.

Prezident İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.

Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham ƏLİYEV: 12 min?

Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham ƏLİYEV: Müasir "Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid QURBANOV: Bəli, hamısı işləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək