Novxanıda ağır qəza: Maşın yolun kənarı ilə gedən piyadaları vurub öldürdü

Novxanıda ağır qəza: Maşın yolun kənarı ilə gedən piyadaları vurub öldürdü
SOSİAL
14:32 03.10.2018
7033
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR