Novxanıda dənizdə batan gəncin meyiti çıxarıldı

SOSİAL
21:53 02.08.2019
8056
Abşeron rayonunda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.

AZXEBER.COM xəbər verir ki. 1990-cı il Məmmədov Pərviz Adil oğlunun meyiti Corat qəsəbəsi yaxınlığında dənizdə aşkar olunub.

Meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:06

xxx

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

Bu barədə AZXEBER.COM-aa Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR