Noyabr ayı üçün qeyri-iş günlərinin sayı açıqlandı

Noyabr ayı üçün qeyri-iş günlərinin sayı açıqlandı
SOSİAL
14:58 31.10.2016
1245
Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

"Report" xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.
 
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir. 

 

 
OXŞAR XƏBƏRLƏR