Noyabrın 1-dən quru sərhədlər açılacaq? - Operativ Qərargah rəsmisindən Açıqlama

Noyabrın 1-dən quru sərhədlər açılacaq? - Operativ Qərargah rəsmisindən Açıqlama
SOSİAL
11:16 20.10.2022
1765
"Quru sərhədlərlə bağlı qadağanın aradan qaldırılması ilə bağlı deyə bilərəm ki, bu məsələ Nazirlər Kabineti və Operativ Qərargahın səlahiyyətindədir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ ilə bağlı adiyyəti qurumlardan konkret qərarlar eşidəcəyik".

AZXEBER.COM xəbər verir ki, bu sözləri baku.ws-ə Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat əlavə edib ki, ölkədə xüsusi karantin rejimi davam etsə də yumşalmalar nəticəsində cəmiyyətin hər hansı üzvü gündəlik həyatında bunun yaradacağı problemlə qarşılaşmır: "Amma unutmaq olmaz ki, dünyada koronavirusla bağlı vəziyyətə nə qədər nəzarət edilsə də xüsusən payız aylarında ehtimal olunan kiçik dalğalar qarşısında ölkələrin problem yaşamaması üçün karantin rejiminin uzadılması gündəmdə ola bilər. Amma COVID-19 hər nə qədər qarşımızda problem olaraq qalsa da amma əvvəlki illərlə müqayisədə yarada biləcək təhlükə minimallaşmış vəziyyətdədir.

Səhiyyə Komitəsinin sədr müavini həmçinin deyib ki, dünyada qapalı məkanlarda kovid pasportu tələbi məsələsi gündəmdə deyil: "Ölkəmizdə də gündəlik həyatımızda bununla qarşılaşmırıq. Amma unutmaq olmaz ki, dünya səhiyyəsi onun yaradacağı problemlərdən qorxmasa da koronavirus dünyada hələ də problem olaraq qalır. Bu səbəbdən insanların məlum problemə həssas yanaşması üçün bəzi qadağaların payız aylarında davam etməsi məqsədəuyğun hesab oluna bilər. Lakin ölkəmizdə xüsusi karantin rejimi ölkəmizdə tətbiq edilsə də gündəlik həyatımızda bunun mənfi təsirini hiss etmirik.

Hesab edirəm ki, payız fəslindən sonra təkcə ölkəmiz deyil, elə dünya üçün də 2023-cü ilin yaz aylarından etibarən COVID-19 müzakirə mövzusu olmayacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”