Nüfuzlu tibb jurnalı açıqladı: Qəzzada ölənlərin sayı 186 mindən çoxdur

Nüfuzlu tibb jurnalı açıqladı: Qəzzada ölənlərin sayı 186 mindən çoxdur
DÜNYA
13:03 08.07.2024
120
Dünyanın ən qədim tibb jurnallarından biri olan "The Lancet”də dərc olunan məqaləyə görə, İsrailin Qəzzaya hücumlarında ölənlərin ümumi sayı 186 mindən çox ola bilər.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu jurnalda "Qəzzada ölüm sayı: Çətin, lakin zəruri” başlıqlı məqalə dərc olunub. 

Məqalədə 19 iyun tarixinə Qəzzada ölənlərin sayının 37 min 396 olduğu bildirilərək, bölgədəki dağıntılara görə Qəzzada Fələstin Səhiyyə Nazirliyinin məlumat toplamasının çətin olduğu vurğulanıb.
 
Məqalədə qeyd olunub ki, Qəzzada həyatını itirənlərin təxminən 30 faizinin şəxsiyyətinin müəyyən edilə bilməyib.

Məqalədə həmçinin bildirilib ki, "Airwars” qeyri-hökumət təşkilatı hava hücumları nəticəsində müəyyən edilə bilən bəzi qurbanların adlarının nazirlik siyahılarına daxil edilmədiyini ortaya çıxarıb.
 
Qeyd edək ki, atəşkəs əldə olunmasa və hücumlar eyni intensivlikdə davam edərsə, avqustun 6-da ölənlərin sayının 58 min 260, epidemik xəstəliklər zamanı isə 85 min 750 olacağı təxmin edilir. 
 
Məqalədə bu səbəbdən Qəzzada təcili atəşkəsə ehtiyac olduğu vurğulanıb və lazımi tibbi yardım, qida, su və əsas ehtiyacların paylanmasının həyati əhəmiyyətinə işarə edilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR