Nümayəndəlik rəhbəri: “Azərbaycan NATO ilə güclü əməkdaşlıq qurub”

Nümayəndəlik rəhbəri: “Azərbaycan NATO ilə güclü əməkdaşlıq qurub”
DÜNYA
19:34 22.11.2022
172
"Azərbaycan sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərində NATO ilə güclü əməkdaşlıq qurub”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə ADA Universitetində keçirilən "Davamlı sabah naminə qadınlar” adlı beynəlxalq konfransda deyib.

O, Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində oynadığı rolu vurğulayıb.

Onun sözlərinə görə, NATO hazırda Azərbaycan ilə iki əsas sahədə əməkdaşlığı dəstəkləyir: "Bunlar praktiki əməkdaşlıq və siyasi dialoq sahələridir. Biz həmçinin qadınların sülh və təhlükəsizliyin təmin edilməsində iştirakı məsələsinə də diqqət ayırırıq”.

Missiya rəhbəri münaqişədən sonrakı mərhələdə bütün səviyyələrdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiya məsələlərində qadınların sülh quruculuğu sahəsində təmsil olunmasının vacibliyini söyləyib.
OXŞAR XƏBƏRLƏR