Nura cərimələnməsindən danışdı: “Qayda pozmamışam” - Video

Nura cərimələnməsindən danışdı: “Qayda pozmamışam” - Video
SOSİAL
23:34 14.07.2020
2156
Xəbər verdiyimiz kimi, müğənni Nura Suri bu gün Qusar-Quba yolunda Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etdiyi üçün 200 manat cərimələnib. Müğənni isə ona qarşı irəli sürülən ittihamla razılaşmır.

AZXEBER.COM xəbər verir ki, Nura Suri "Qafqazinfo”ya açıqlamasında karantin qaydalarını pozmadığını bildirib:

"Bu gün məni heç bir qayda pozmadan yolda öz avtomobilimi idarə edərkən (kəmər taxılı, ağzımda maska ) saxlayıblar. Səbəbin soruşanda,əvvəlcə telefonla danışdığımı iddia etdi, mən isə telefonu göstərdim ki, səsli "Waz”e proqramı ilə yol gedirəm, telefonla danışmağım mümkünsüzdür və yanımda iki şahidim var. Sonra anladım ki, vaxt qazanırlar. 5-10 dəq sonra "10 OT 242” dövlət nişanlı, "BMW” markalı avtomobil gəldi və içərisində 4 polis işçisi var idi. Biri əlində kamera ilə məni çəkməyə başladı. Sənəd istədi, göstərdim və portaldan yoxlamasını tələb etdim. Avtomobilin, mənim, sərnişinin icazəsi olduğunu gördülər. Buna baxmayaraq, İnzibati xətalar və Konstitusiyanın aşağıdakı bəndlərini pozaraq məni kameraya çəkməyə davam etdilər:

- İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan, həmin foto və ya video əkiliş, yaxud səsyazma materialları KİV-də yayımlana bilməz.

- Konstitusiyamızın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) 3-cü hissəsi "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

 Avtomobildə 12 yaşlı oğlum bu hadisənim şahidi oldu və stress yaşadı. 8 nəfər polis işçisi sanki terrorist və ya cinayətkar tuturmuşlar kimi hərəkət edirdilər. Onlar məni çəkdikdən sonra gördüm ki, uzun söhbət gedir, başqa qanun pozuntularını mənə şamil etmək istəyirlər. Gördülər ki, qanunu yaxşı bələdəm. Bu zaman mən də əlimə telefon alıb çəkiliş aparmağa başladım. Əlimdə videolar var, sizə təqdim edəcəm. Maşınımda olan sərnişinə bildirdilər ki, protokola qol çəkin. O isə imza atdıqdan sonra "etiraz edirəm” yazdı. Polis əməkdaşları söylədilər ki, üç yerdən imza atın. Məsələyə qarışdım, etiraz etdiyi üçün bir imza atmağının kifayət olduğunu bildirdim. Onlar dedilər ki, yazacağıq ki, imza atmaqdan imtina edirsiz. Bütün söhbətlər mən çəkdiyim videoda əks olunub. Biz xeyriyyə məqsədi ilə imkansız ailələrə yardım edirdik. Necə oldu ki, iki maşın eyni vaxtda gəldi. Biri məni saxladı, başqa söz dedi, digəri isə başqa mövzu… Əvvəldən hazırlanmış bir hadisə idi. Bunun başqa adı yox idi.

Azərbaycanda karantin müddətində bir çox tanınmış insanlar istirahətdə olublar. Xalq artistləri Aygün Kazımova Qəbələdə oteldə uzun müddət dincəlib, Türkiyədə ailəsi ilə istirahət edən məşhurlarımız, hətta Xalq artistlərimiz var. DİN-in saytlara bugünkü açıqlamasının səbəbini başa düşə bilmədim. Məqsədi anlamadım. Polisimiz bizi qorumalıdır. Bizə qarşı aqressiv olmamalıdır. Bizim bir düşmənimiz var və bu gün Azərbaycan müharibə şəraitində yaşayır, şəhid verir. Bunu unutmayaq”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb