AZXEBER.COM xəbər verir ki, müğənni Nura Suri bu səbəbdən sosial şəbəkələrdə tənqid olunan həmkarını müdafiə edib:
"Samirə Əfəndi erməni iştirakçıya 12 xal verib deyə, ona qarşı aqressiv paylaşımlar və şərhlər gördüm. Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Amma musiqinin və istedadın milliyyəti olmur. Samirə Əfəndiyə qarşı aparılan qaralama kampaniyası tamamilə yersizdir".










































