Müğənni Nura Suri gizli sevgisindən danışıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni 106.3 radiosunda söhbət açıb.
O deyib ki, uzun illər mərhum xalq artisti Fuad Poladova sevgi bəsləyib:
"Məktəb illərində yadımda qalan bir məqamı danışacam. 161 nomrəli məktəbdə bir il dərs almışam. Həmin illər Fuad Poladov ən tanınmış və mənim ən böyük simpatiyam olan insan idi. Onun yerişi, duruşu və qaməti var idi. Hər səhər onunla qarşılaşanda nə hala qalırdım, onu izah edə bilmirəm.
Bir il o məktəbə getdim və hər gün onu görən donub qalırdım. Əlim-ayağım əsirdi.
İndi yaşadığım evə köçəndə blokdan çıxanda onunla qarşılaşdım. Necə sevindim. Uşaqlıqda yaşadığım hissləri yaşadım.
Çox istədim ona yaxınlaşıb deyim ki, "Mən uşaqlıqdan sizi çox sevirəm". Onun nəşi bu həyətdən götürüləndə göz yaşları içində baxırdım amma mən ona olan sevgimi özünə deyə bilmədim".
Nazim Qasımzadə