Müğənni Nura Suri musiqisevərləri yeni layihəsi ilə sevindirib.
AZXEBER.COM xəbər verir ki, sənətçi bu dəfə bir neçə müddətdir ki, üzərində çalışdığı "Bir təsəlli” adlı mahnı və klipini təqdim edib.
Müğənni İsma adlı gənc ifaçı ilə duet səsləndirib.
Klipin rejissoru Hüseyn Əliyevdir.
Klipdə Nura Suri iki fərqli obrazda kamera qarşısına keçib.
Layihənin kadrarxası fotolarını isə Məhəbbət Nəsirov ərsəyə gətirib.