Nura: Bizim cəmiyyətdə hələ də təcavüzə uğrayan insanlarda günah axtarılır

Nura: Bizim cəmiyyətdə hələ də təcavüzə uğrayan insanlarda günah axtarılır
MAQAZİN
10:20 05.08.2025
164
"Bizim cəmiyyətdə hələ də uşaqda və təcavüzə uğrayan (oğlan və qız) insanlarda günah axtarılır.
 
AZXEBER.COM xəbər verir ki, müğənni Nura Suri bunu bir neçə gün öncə Sabirabad rayonunda yaşanan hadisəni şərh edərkən deyib.
 
Sənətçi, insanları təcavüzə və qeyri etik hərəkətlərə məruz qalan zaman susmamağa çağırıb:
 
"Yayılan videodan sonra cəmiyyətin reaksiyasını gözləyib, sonra fikir bildirmək istədim. Əfsuslar olsun ki, çoxu belə hadisəni şəxsən yaşasa da, nə başlarına gələnləri kiməsə deyə bilir, nə də ki, kimsə video çəkib pedofili və ya təcavüzçünü ifşa etmir. Səbəb aydındır, çünki bizim cəmiyyətdə hələ də uşaqda və təcavüzə uğrayan (oğlan və qız) insanlarda günah axtarılır.

Şərhlərdə utanmadan açıq şəkildə fikirlərini ifadə edən və uşaqda günah görən insanların pedofil və ya təcavüzkar olduqlarına (şüurlu ya da şüuraltı) şübhəniz olmasın. Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir.
 
Sağlam düşüncəli insanların sayı getdikcə azalır. Təcavüzə (mənəvi, fiziki) uğrayan uşaqlar və böyüklər utanmamalı və susmamalıdırlar. Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara, qohumlara, qonşulara etibar etməyin. Uşağı dünyaya gətirmədən əvvəl, o uşağı şəxsiyyət kimi formalaşdıra biləcəyinizə əmin deyilsinizsə, valideyn olmayın. Her kes valideyn olmaq məcburiyyətində deyil".
 
Xatırladaq ki, bir neçə gün öncə Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Aysel


OXŞAR XƏBƏRLƏR