Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı

Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
MAQAZİN
20:23 19.03.2026
253
Müğənni Nuran Xalq artisti Röya Ayxanla duet layihəsindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə o, Elnarə Bəkirovanın "İdeyadan uğura” layihəsində açıqlama verib:

"Röya xanımı salamlayıram. Duet mövzuları var idi. Biz iki mahnı üzərində çalışırdıq. Əvvəl başqa mahnı hazırlayırdıq. Bunu musiqidə olan insanlar da bilirlər ki, bəy ifaçı ilə xanım ifaçının səs tonları fərqli olur. Birinci mahnı elə alınmamışdı, ikincidə də eyni problemi yaşadıq. Sonra Röya xanım mənə mahnı hədiyyə verdi. Hələ çıxmayıb. Onun da planları var, ard-arda uğurlu işlər görür, duetlər yayımlayır. Düşünsə ki, bu duet alınar, baş tutacaq”.
OXŞAR XƏBƏRLƏR