Nurəddin Mehdixanlıya verilən töhmətin mətni yayımlandı - FOTO

MARAQLI
09:51 08.10.2011
3493

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının (Quliyev) Yaltada keçirilən Beynəlxalq Teatr Festivalında səhnəyə içkili vəziyyətdə çıxması və buna görə töhmət alması barədə yeni fakt üzə çıxıb. APA həmin töhmət barədə əmrin sürətini dərc edib. Əmrdə deyilir: “Əmək intizamının pozulması haqqında: 15 sentyabr 2011-ci il tarixində Yalta şəhərində keçirilən “Çexov.Yalta” Beynəlxalq Teatr festivalında spirtli içki qəbul edərək, H. Mirələmovun tamaşasında səhnəyə çıxaraq teatrın nüfuzuna xələl gətirdiyinə, əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinə müvafiq olaraq, aparıcı səhnə ustası Nurəddin Əzulla oğlu Quliyevə töhmət verilsin. Əsas: “Xəcalət” tamaşasının rejissor assistenti D. İsmayılovanın təqdimatı. Direktor İ. İsrafilov”.

OXŞAR XƏBƏRLƏR