Nuri Şahin "Arsenal" yolunda

İDMAN
20:29 03.08.2012
1493
"Real" (Madrid) klubunun türkiyəli futbolçusu Nuri Şahin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.AZXEBER.COM-un "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi Nurini "Arsenal" klubuna icarəyə verməyi planlaşdırır."Real"ın baş məşqçisi Joze Mourinyo əsas heyətdən kənarda qalan 23 yaşlı futbolçunu Londona gördərmək niyyətindədir. Portuqaliyalı mütəxəssis futbolçunun formadan düşməməsi üçün mütləq digər komandaya icarə verilməli olduğunu bildirib. Bu baxımdan Nuri üçün "Arsenal" klubu daha uyğun hesab olunur.

OXŞAR XƏBƏRLƏR