Nurlan Əzizbəylinin xanımı müğənni olmaq istəyir

Nurlan Əzizbəylinin xanımı müğənni olmaq istəyir
MAQAZİN
16:22 05.10.2018
6604
ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminə Əzizbəyli olub.
 
AZXEBER.COM-un məlumatına görə, Nərminə müğənni olmaq istədiyini açıqlayıb:

"Məclislərdə oxumuşam. Efirdə ilk dəfədir. Hamı oxuyur, ürəkləri nə istəyir edirlər. Mənim evimdə sənətkar var, mən niyə oxumayım? Mənə heç kimin fikri maraqlı deyil. Şeir də yazıram, aktrisalığım da, aparıcılıq istedadım da var. Bu yaxınlarda proqramım da olacaq, film təklifi də almışam. 

Ailəmin imkanı yaxşı olub. Amma 16 yaşımdan saqqız alıb, məktəbdə satıb pul qazanmışam. Anam onu biləndə əllərimi yandırmışdı. Ali təhsilim yoxdur. Anam həkim olmağımı istədi”.
N.Əzizbəyli efirdə ifa etdikdən sonra proqrama gələn digər qonaqlar onu tənqid ediblər.
 

OXŞAR XƏBƏRLƏR